Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsində (Aşıq.Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çİngizxan Kərimov, Qədir Məmmədov , Məhsəti, Sadıqcan, Pola Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhəmədli, 7-ci Əhmədli əraziləri) içməli suyun verilişində fasilə yaranıb.
Bu barədə Modern.az-a "Azərsu" ASC-dən məlumat verilib.
Bildirilib ki, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.