Modern.az

Peskov təkzib etdi: Rusiya İranla birgə PUA istehsal etməyəcək

Peskov təkzib etdi: Rusiya İranla birgə PUA istehsal etməyəcək

Aktual

21 Noyabr 2022, 15:04

Rusiya İranla birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanacağı xəbərini inkar edir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

 

O, xarici KİV-də yer alan məlumatı təkzib edib.

 

Bundan əlavə, Peskov Rusiya prezidentinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığının gözlənilmədiyini söyləyib.

 

Qeyd edək ki, “The Washington Post” qəzeti Rusiya və İranın birgə PUA istehsal edəcəyini yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi