Modern.az

İngiltərə İranı darmadağın etdi - YENİLƏNİB

İngiltərə İranı darmadağın etdi - YENİLƏNİB

Aktual

21 Noyabr 2022, 19:14

Futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib.

 

Modern.az xəbər verir ki, İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. 

 

Görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2

 

İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.

 

Qeyd edək ki, oyununun əsas vaxtına ümumilikdə 24 dəqiqə əlavə olunub. Matç ümumilikdə 114 dəqiqə oynanılıb.

 

Braziliyalı baş hakim Rafael Klaus birinci hissəyə 14, ikinci yarıya isə 10 dəqiqə əlavə edib. İlk hissədəki vaxt itkisinə Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvandın zədələnməsi səbəb olub.

 

***

18:58

Dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda hesab yenidən dəyişib.

 

Modern.az xəbər verir ki, 90-cı dəqiqədə Cek Qriliş 6-cı topu İranın qapısından keçirib - 6:1

 

***

18:42

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda 6-cı qol vurulub.

 

Modern.az xəbər verir ki, Avropa komandasınn oyunçusu Markus Reşford 71-ci dəqiqədə fərqlənib - 5:1.

 

***

17:40

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İngiltərə və İran yığmaları üz-üzə gəlir. 

 

Modern.az xəbər verir ki, B qrupunun ilk oyunu gərgin mübarizə şəraitində keçir.

 

35-ci dəqiqədə fərqlənən Cud Bellingem İngiltərə millisini önə çıxarıb.

 

Görüşdə üstünlük qazanan İngiltərə yığması daha iki qola imza ataraq, hesab arasında fərqi artırıb.

 

İngiltərə - İran - 3:0

 

Qol: Cud Bellinqem, 35, Bukayo Saka, 44, Rahim Sterlinq, 45+1

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi