Modern.az

KTMT-yə etiraz edən partiya sədri SAXLANILDI

KTMT-yə etiraz edən partiya sədri SAXLANILDI

Aktual

23 Noyabr 2022, 13:17

Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə etiraz edənlər saxlanılıb.

 

Modern.az xəbər verir ki, saxlanılanlar arasında Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da var. 

 

Ondan başqa daha 3 nəfərin polis tərəfindən nəzarətə götürüldüyü bildirilir.

 

Məlumata görə, saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilir.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək