Modern.az

Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi

Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi

27 Noyabr 2022, 10:25

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid balasına Zeyd adı verilib.

 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. 

 

Xatırladaq ki, hərbi qulluqçunun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib, hospitala çatdırılsa da, dünyasını dəyişib.

 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...