"Şəhidlərimizin qanı yerdə qalmadı, 13 terrorçu zərərsizləşdirildi. Xain hücumun cavabı verildi. Zərərsizləşdirilən terrorçular arasında hücumu həyata keçirən xainlər də var".
Modern.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.
Akar əməliyyat başlayandan bəri 480 terrorçunun zərərsizləşdirildiyini bildirib.
O, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcümənt Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə İraq sərhədindəki qoşunlarda apardığı araşdırma və yoxlamaları davam etdirib. Bu çərçivədə 3-cü Piyada Diviziya Komandanlığına gələn Akar, onu müşayiət edən TSK komandanlığı ilə Əməliyyat Mərkəzinə keçib.
İraqın şimalında terror hədəflərinə qarşı davam edən "Pəncə-Kilid" əməliyyatına qatılan birliklərin komandirləri ilə videokonfrans keçirən Akar çətin və ərazi şərtlərinə baxmayaraq, əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib.