Modern.az

Ermənistanda 3 deputat mandatından imtina etdi

Ermənistanda 3 deputat mandatından imtina etdi

29 Noyabr 2022, 13:44

“Hayastan” fraksiyasına daxil olan müxalif “Dirçələn Ermənistan” partiyasının 3 üzvü deputatlıqdan istefa verib.

 

Modern.az “News.am”a istinadən xəbər verir ki, deputatlar Vahe Akopyan, Hripsime İstanbulyan və Yelena Kirakosyan mandatlarından imtina ilə bağlı ərizələrini qanunverici orqana təqdim ediblər.

 

Məlumata görə, bu, partiyanın rəhbər orqanlarının qərarı çərçivəsində baş verib.

 

Bildirilib ki, partiya üzvü olan deputatlar bu məsələdə seçim etməkdə sərbəstdirlər, lakin deputat fəaliyyətinə davam etmək istəyənlər partiyadan istefa verməlidirlər.

 

Xatırladaq ki, daha əvvəl “Hayastan” fraksiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan və Aram Vardevanyan da deputat mandatlarından imtina ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı