Modern.az

Nazirin müavinlərinin SAYI ARTIRILDI

Nazirin müavinlərinin SAYI ARTIRILDI

Ölkə

19 Mart 2026, 18:30

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.

Əvvəl nazirin dörd müavini var idi.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!