Modern.az

Şəhid övladının hesabına 5 min manat köçürüləcək

Şəhid övladının hesabına 5 min manat köçürüləcək

30 Noyabr 2022, 17:08

12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Şair Heydərovun Qusar rayonunda doğulan övladı Yeganənin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb.

 

Dünyaya yeni göz açan körpə - Yeganənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi