Modern.az

Maskdan Ronaldonu məyus edən komandaya təbrik

Maskdan Ronaldonu məyus edən komandaya təbrik

11 Dekabr 2022, 10:15

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Mərakeş millisini Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi münasibətilə təbrik ünvanlayıb.

 

Modern.az xəbər verir ki, tanınmış şəxslər bununla bağlı özlərinin sosial şəbəkə hesablarında post paylaşıblar.

 

Mask paylaşımında yazıb: "Təbriklər, Mərakeş".

 

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş yığması finala gedən yolda Fransa kollektivi ilə qarşılaşacaq. Görüş dekabrın 14-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi