Modern.az

Sülhməramlıların növbəti karvanı Laçın yolundan keçdi

Sülhməramlıların növbəti karvanı Laçın yolundan keçdi

16 Dekabr 2022, 18:14

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan humanitar yardım maşınlarının keçidi davam edir.

 

Modern.az xəbər verir ki, bu gün axşam saatlarında sülhməramlı kontingentə məxsus avtomobillərdən ibarət karvanın maneəsiz hərəkətinə şərait yaradılıb.

 

Məlumata görə, Rusiya sülhməramlılarının maşınlarında həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükü aparılıb.

 

Bu fakt göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza