Modern.az

Şəhid ailəsinin müraciəti təmin edildi

Şəhid ailəsinin müraciəti təmin edildi

18 Dekabr 2022, 15:51

Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB daha bir şəhid ailəsinin istəyini yerinə yetirib. 

 

Modern.az  xəbər verir ki, Vətən müharibəsi şəhidi Tural Soltanovun ailəsi fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət ünvanlayıb.

 

Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin Balakən rayonunda yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB