Modern.az

Salyanda iki yeniyetməni maşın vurdu

Salyanda iki yeniyetməni maşın vurdu

Aktual

18 Dekabr 2022, 16:45

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?