Modern.az

Kiyevə İran PUA-ları ilə hücum edildi

Kiyevə İran PUA-ları ilə hücum edildi

19 Dekabr 2022, 09:00

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynaya pilotsuz uçuş aparatları ilə hücum edib.

 

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, paytaxtda güclü partlayış səsləri eşidilib.

 

Kiyev şəhər hərbi administrasiyasından bildirilib ki, səhər saatlarında paytaxta İran istehsalı olan 9 ədəd “Şahed” dronları ilə hücum olub.

 

Məlumata görə, bütün PUA-lar vurulub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular