Modern.az

Yoluxma artır - Aktiv xəstə sayı 600-ü ötdü

Yoluxma artır - Aktiv xəstə sayı 600-ü ötdü

Aktual

21 Dekabr 2022, 17:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, hazırda 623 aktiv xəstə var. Bu günə qədər 9999 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2707, bu günə qədər isə ümumilikdə 7 412 931 test icra olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi