Modern.az

Erməni hərbçiləri Zəngəzurda qəzaya düşdü - Yaralılar var

Erməni hərbçiləri Zəngəzurda qəzaya düşdü - Yaralılar var

22 Dekabr 2022, 18:49

Ermənistan ordusuna məxsus "Uaz" markalı avtomobil qəzaya uğrayıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Zəngəzur bölgəsində baş verib.

 

Məlumata görə, hərbi maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər yaralanıb.

 

Yaralıların Ermənistan ordusunun hərbi qulluqçusu olduğu bildirilir. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

 

Akif İsmayılov 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama