Modern.az

Rusiya həmişə avropalıları qorxudur - Peskov

Rusiya həmişə avropalıları qorxudur - Peskov

Dünya

12 Aprel 2026, 15:14

Rusiya öz nəhəng ölçüləri və qüdrəti ilə hər zaman avropalıları qorxudub, onlar isə öz növbəsində Rusiyanı "xəyali düşmən" kimi istifadə etməyi əlverişli hesab ediblər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

Kreml rəsmisi qeyd edib ki, bu cür yanaşma daxili siyasi məqsədlər üçün olduqca rahatdır:

"Böyük bir Avrasiya ölkəsi olan Rusiya öz ölçüləri və gücü ilə həmişə bir çox avropalıları qorxudub. Onlar üçün bu bəhanə ilə öz daxillərində gedən müəyyən prosesləri rəsmiləşdirmək məqsədilə bizi xəyali düşmən kimi istifadə etmək həmişə rahat olub. Xarici düşmən obrazı yaratmaq daxili siyasi hədəflər üçün hər zaman əlverişlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV