Modern.az

Vaksinasiya ilə bağlı son VƏZİYYƏT 

Vaksinasiya ilə bağlı son VƏZİYYƏT 

Aktual

23 Dekabr 2022, 19:03

Azərbaycanda son sutkada 263 nəfər peyvənd olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 39 təşkil edib.

 

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 108-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 929 246 olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə