Modern.az

"Qızıl Xaç"ın maşınları xəstə körpəni Xankəndidən Ermənistana apardı - YENİLƏNİB

Aktual

24 Dekabr 2022, 10:27

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobil Xankəndidən olan bir körpəni müalicə üçün aparıb.

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərinə Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət etməyə şərait yaradılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynləri komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaqdır.
 

***

Dekabrın 24-də - Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 13-cü günündə mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Modern.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha 3 avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət edib.
 

Ermənistan tərəfi isə əvvəlki kimi saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirlər.
 

Xatırladaq ki, azərbaycanlı ekofəallar sözügedən ərazidə dekabrın 12-dən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı aksiya keçirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi