Modern.az

Arayik Qarabağ ermənilərini təxribata çağırdı

Arayik Qarabağ ermənilərini təxribata çağırdı

Aktual

24 Dekabr 2022, 16:17

Dekabrın 24-də Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın Xankəndidəki Mədəniyyət və Gənclər Sarayında ermənilərlə görüş keçirdiyinə dair məlumat və fotogörüntülər yayılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə qondarma “dövlət naziri” Ruben Vardanyanın da iştirak etdiyi qeyd olunur.

Məlumata görə, Laçın yolunun bağlanması ilə bağlı yaranmış vəziyyəti müzakirə edən separatçılar Azərbaycan dövlətinin tələbləri qarşısına mitinqlə çıxmağı zəruri sayıblar.

İclas zamanı dekabrın 25-də Xankəndidə mitinq keçirmək təşəbbüsü elan edilib və mülki şəxslərdən təxribatçı aksiyaya gəlmək istənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi