Modern.az

NATO ilə əlaqələrimiz necədir? - Rəsmi məlumat

NATO ilə əlaqələrimiz necədir? - Rəsmi məlumat

Aktual

29 Dekabr 2022, 18:39

2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb, tərəflər arasında yüksək səviyyəli dialoq və praktiki əməkdaşlıq davam edib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında bildirilib.

 

"15 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və NATO-nun Baş katibi cənab Yens Stoltenberq arasında telefon danışığı aparılıb. 19 iyul 2022-ci il tarixində NATO mənzil qərargahında xarici işlər naziri Ceyhun Bayramov baş katib Yens Stoltenberqlə görüşüb. 28-29 aprel 2022-ci il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkəmizə səfər edib. İl ərzində NATO ilə əməkdaşlıq şəraitində beynəlxalq sülh və təhlükəsizliyə töhfə sahəsində milli imkanların artırılması və müdafiə islahatları sahəsində səylər davam edib və bu mövzuda yeni tərəfdaşlıq məqsədləri razılaşdırılıb", - məlumatda qeyd olunub.

Bu xəbər ilə bağlı
XİN: Bu il qonşularla münasibətlər prioritet olub
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama