Modern.az

ABŞ səfirliyinə hücum edildi

ABŞ səfirliyinə hücum edildi

Dünya

17 Mart 2026, 21:37

Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera“ təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər və zərbə dronu ABŞ-ın Bağdaddakı səfirliyinə yönəldilib, ərazidə siqnallar işə düşüb və partlayış səsləri eşidilib.

Qeyd olunur ki, azı üç dron Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ diplomatik obyektinə də hücum edib, nəticədə C-RAM hava hücumundan müdafiə sistemi işə düşüb.

Hadisə nəticəsində itki və dağıntılar barədə hələlik məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada