Modern.az

Sülhməramlıların 20 maşını Laçın yolundan keçib - YENİLƏNİB

Sülhməramlıların 20 maşını Laçın yolundan keçib - YENİLƏNİB

3 Yanvar 2023, 17:56

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha 4 yük və minik maşınının keçidi baş tutub.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarından indiyədək sülhməramlıların 20 müxtəlif markalı avtomobilləri keçid edib.

 

***

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir minik avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Bununla da gün ərzində aksiya ərazisindən hər iki istiqamətə keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 16-ya çatıb.

 

***

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, yanvarın 3-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

 

***

Rusiya sülhməramlılarına məxsus daha bir minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

 

Modern.az xəbər verir ki, bundan əvvəl gün ərzində sülhməramlılara aid bir neçə təminat maşınının keçidinə şərait yaradılıb.

 

***

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Məlumata görə, Xankəndidən Laçın istiqamətinə 6 avtomobil keçib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Xatırladaq ki, Xankəndi-Laçın yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  keçirilən etiraz aksiyası 23 gündür davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!