Modern.az

Türkiyədə prezident seçkilərinin vaxtı dəyişdiriləcək? - Ərdoğandan açıqlama

Türkiyədə prezident seçkilərinin vaxtı dəyişdiriləcək? - Ərdoğandan açıqlama

Aktual

4 Yanvar 2023, 16:10

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

 

O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”.

 

Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

 

Xatırladaq ki, iddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər