Modern.az

"Tottenhem"in yeni baş məşqçisi oldu

"Tottenhem"in yeni baş məşqçisi oldu

İdman

31 Mart 2026, 20:21

İngiltərənin "Tottenhem" komandası yeni baş məşqçininin adını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, London təmsilçisi Roberto De Zerbi ilə anlaşıb. İtaliyalı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?