Modern.az

Conson özü haqqında kitab yazacaq

Conson özü haqqında kitab yazacaq

17 Yanvar 2023, 09:19

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hökumət başçısı olduğu dövr haqqında avtobioqrafik əsər yazacaq.

 

Modern.az xəbər verir ki, Conson xatirələrini dərc etmək məqsədilə “Harper Collins” nəşriyyat şirkəti ilə saziş bağlayıb.

 

Sövdələşmənin məbləği açıqlanmayıb. Nəşriyyatın insayderləri Mühafizəkarlar Partiyasının keçmiş liderinin 1 milyon funt sterlinqdən çox qonorar ala biləcəyini ehtimal edirlər.

 

Kitabın nəşr tarixi hələlik məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır