Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Pakistan və Özbəkistanın bu ölkədəki təmsilçiləri Asim İftixar Əhməd və Rustambaev Sardorla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviter hesabında məlumat paylaşıb.
Səfir həmkarları ilə səmərəli müzakirələr apardığını qeyd edib.