Modern.az

Şəhid övladları üçün "Qış düşərgəsi" təşkil olunacaq - FOTO

Şəhid övladları üçün

Aktual

26 Yanvar 2023, 19:45

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vəqfi) təşkilatçılığı ilə 2022-ci ildə Azərbaycanda keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında yarışmacı qismində iştirak edən şəhid övladlarından ibarət 3 komandanın iştirakıyla Türkiyə Respublikasının İstanbul şəhərində “Qış düşərgəsi” təşkil olunacaq. 

 

Bu barədə Modern.az-a təşkilatçılar məlumat verib.

 

Qış düşərgəsində 20 nəfərdən ibarət heyət 5 gün ərzində Astronomiya, Aviasiya və Kosmik Seminarı, Dizayn seminarı, Texnologiya seminarı, Təbiət Elmləri Seminarı, Riyaziyyat emalatxanası, Planetarium, bədii fəaliyyət, İdman fəaliyyəti, dəyərlər təlimi, İstanbul şəhərinin tarixi və gəzməli yerlərinə ekskursiya, BAYKAR şirtkəti gəzintisi və texniki səfərlər edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu