Modern.az

Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb

Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb

Hadisə

1 Fevral 2026, 23:55

Bərdədə yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidəki kol-kos və ağaclar yanıb.

Faktla bağlı əraziyə FHN-nin müvafiq qüvvələri 2 yanğın söndürən maşın cəlb edilib. Yanğın genişlənməsinə imlan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.

Hadisənin hansı səbəbdğn baş verməsi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...