Modern.az

Qırğızıstan Azərbaycan səfirliyinə hücumu PİSLƏDİ

Qırğızıstan Azərbaycan səfirliyinə hücumu PİSLƏDİ

27 Yanvar 2023, 14:57

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-nin “Twitter“ səhifəsində paylaşım edilib.

 

XİN, həmçinin səfirliyin mühafizə xidmətinin rəhbərinin vəfatı ilə əlaqədar Qırğızıstanın Azərbaycana başsağlığını bildirib.

 

“Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq” – XİN-in məlumatında qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi