Modern.az

Gürcüstan XİN səfirliyə hücuma münasibət bildirdi

Gürcüstan XİN səfirliyə hücuma münasibət bildirdi

Aktual

27 Yanvar 2023, 15:10

“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik”

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

“Diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”, - məlumatda deyilir.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

 

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi