Modern.az

200-dən çox vətəndaşımız Türkiyədən təxliyə olunacaq - FOTO

200-dən çox vətəndaşımız Türkiyədən təxliyə olunacaq - FOTO

Aktual

8 Fevral 2023, 20:14

"Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

 

Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur: “Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.

 

Bugünkü təxliyə prosesindən fotoları təqdim edirik:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!