Modern.az

205 saat sonra xilas edilən Ayşəgül 

205 saat sonra xilas edilən Ayşəgül 

14 Fevral 2023, 19:14

Türkiyənin Kahramanmaraş bölgəsində axtarışlar davam edir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin 205-ci saatında daha bir nəfər dağıntılar altından xilas edilib.

 

Uçqun altında köməksiz qalan qadını xilas etmək üçün qruplar təxminən 5 metrlik tunel açıb.

 

35 yaşlı Ayşəgül Bayıra ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV