Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatların ən son xəritəsini yayımlayıb.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin "Twitter" hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, cəbhənin şərq hissəsində şiddətli döyüşlər gedir. Ruslar Luqansk və Donetsk vilayətlərində irəliləməyə davam edir. Ən çətin döyüşlər Svatovo, Kremennaya, Baxmut və Vüqledar bölgəsində müşahidə edilir. Həmçinin Rusiya Kupyansk istiqamətində qoşunlarını gücləndirib.
Bundan əlavə, bildirilib ki, Ukrayna qüvvələri də öz növbəsində Rusiya ordusunun hücumlarını dəf edir və bəzi bölgələrdə əks-hücumlar həyata keçirir. Ruslar Xerson və Zaporojye vilayətlərinin dinc şəhər və kəndlərini atəşə tutmağa davam edir. Çerniqov, Sum və Xarkov vilayətlərinin sərhəd bölgələri də hücuma məruz qalır.
Akif İsmayılov