Modern.az

7 avtobusun hərəkət istiqaməti dəyişdirildi 

7 avtobusun hərəkət istiqaməti dəyişdirildi 

18 Fevral 2023, 12:15

Bakıda 7 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Belə ki, paytaxtın Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhudiyyətlər qoyulub.

 

Bu məhdudiyyətlər səbəbindən 6, 10, 18, 31, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar alternativ küçə və prospektlərdən istifadə edirlər, BNA qeyd edir .

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu