Modern.az

XİN başçısı Lavrovla görüşün detallarını açıqladı

XİN başçısı Lavrovla görüşün detallarını açıqladı

28 Fevral 2023, 13:15

Rusiyalı həmkarım Sergey Lavrovla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələr, Rusiya və Azərbaycan arasında bağlanan müqavilələr müzakirə olundu. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

 

“Müsbət dialoq oldu deyə bilərik. İki ölkə arasında münasibətlər stabil dinamika üzərində davam edir. İkitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Lavrov fevralın 27-dən Azərbaycanda səfərdədir. Bu gün Bakıda Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub.

Bu xəbər ilə bağlı
Nazirlərin geniş tərkibli görüşü olub - YENİLƏNİB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi