Modern.az

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

28 Fevral 2023, 17:14

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

 

"Bəxtiyar Hacıyevlə görüşdüm. Rəsmi və faktiki olaraq öz təşəbbüsü ilə, ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırdı", - deyə vəkil qeyd edib.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi