Modern.az

ABŞ-ın koronavirus ittihamına Çindən sərt cavab

ABŞ-ın koronavirus ittihamına Çindən sərt cavab

Aktual

1 Mart 2023, 15:16

Çin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyanın əleyhinədir.

 

Modern.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin deyib.

 

Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatını şərh edən XİN rəsmisi ABŞ-ı elmə və faktlara hörmətlə yanaşmağa, bu məsələni siyasiləşdirməməyə çağırıb.

 

"Xüsusi xidmət orqanlarının elmi məsələlərlə məşğul olması özlüyündə koronavirusun mənşəyi məsələsinin siyasiləşməsidir. Laboratoriya sızması fərziyyəsini növbəti dəfə ortaya atan ABŞ artıq Çinə qara yaxa bilməyəcək və öz reputasiyasını daha da korlayacaq", - deyə Pekinin cavabında vurğulanıb.

 

Qeyd edək ki, Kristofer Rey Vaşinqtonun pandemiyaya Uxan şəhərindəki laboratoriyadan sızmanın səbəb olduğunu daha inandırıcı hesab etdiyini bildirmişdi.

Bu xəbər ilə bağlı
Koronavirusun ilk dəfə necə yayıldığı məlum oldu 
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi