Modern.az

TƏBİB yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

TƏBİB yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

Aktual

4 Mart 2023, 13:58

Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 12:21 radələrində çağırış daxil olub. 

 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

 

Qeyd edək ki, bu gün Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV