Modern.az

Naxçıvana hücumda yaralanan qadın hadisə anından DANIŞDI

Naxçıvana hücumda yaralanan qadın hadisə anından DANIŞDI

Ölkə

7 Mart 2026, 19:01

Martın 5-i İranın dronla hücum etdiyi Naxçıvan Hava Limanının yaralı əməkdaşı əməkdaşı Vəliyeva Reyhanə müsahibə verib.

Modern.az  xəbər verir ki, qadın həmin an yaşananları belə təsvir edib:

“Təyyarəyə minik başlayırdı, gurultulu səs eşitdik. Həmin anda işıq çıxdı, şüşələr töküldü, qaranlıq oldu. Kimsə yuxarıdan dedi ki, “bizi vurdular”. Mən onda dərk etdim. Çölə çıxdım üç nəfərə, əlavə 2 iş yoldaşıma köməklik etdim. Sonra narahat oldum. Təzə özümə gəlmişdim dedilər, ikinci gəlir. Qaçın gizlənin! Rəfiqəmlə qucaqlaşıb qaçdım, sonra xidmət başında olduğumuz üçün aeroportun həyətinə qayıtdıq” (Real TV)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!