Modern.az

Silahlı hücumda ölən şəxs bu qurumun əməkdaşı olub 

Silahlı hücumda ölən şəxs bu qurumun əməkdaşı olub 

Aktual

4 Mart 2023, 15:52

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.

 

Modern.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.

 

O, ailənin yeganə oğlan övladı imiş.

 

Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI