Modern.az

Azərbaycanda özəl aviaşirkət BAĞLANDI

Azərbaycanda özəl aviaşirkət BAĞLANDI

7 Mart 2023, 13:20

Azərbaycanda "Turan Air" MMC özəl aviaşirkəti bağlandığını elan edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanın ilk özəl aviaşirkəti olan Turan Air 1994-cü il aprelin 16-da təsis olunub və nizamnamə kapitalı 2,47 milyon manat təşkil edib. MMC-nin təsisçisi Gülnarə Quliyeva olub.

 

Məlumata görə, kreditorlar MMC-yə qarşı tələblərini Heydər Əliyev Beynəlxalq Hava Limanına göndərə bilərlər.

 

Xatırladaq ki, "Turan Air" MMC-nin ilk təsisçiləri "Azərbaycan Hava Yolları" QSC və ABŞ-nin ITI Trading International şirkəti olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi