Modern.az

İsraildə 100 min nəfər hərbi xidmətə çağırıldı

İsraildə 100 min nəfər hərbi xidmətə çağırıldı

Dünya

1 Mart 2026, 20:22

İsrail İranla davam edən hərbi əməliyyatlar fonunda 100 min ehtiyat hərbçini səfərbərliyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi məlumat verib.

Bildirilib ki, çağırılan hərbçilər hava hücumundan müdafiə, sərhəd təhlükəsizliyi və digər strateji mövqelərdə xidmətə cəlb olunacaqlar. Səfərbərlik qərarı regionda gərginliyin artması və qarşılıqlı hücumların davam etməsi fonunda qəbul edilib.

Rəsmi mənbələr əməliyyatların davam etdiyini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!