Modern.az

Sərhəddə yerləşən su anbarı birgə istifadə ediləcək

Sərhəddə yerləşən su anbarı birgə istifadə ediləcək

Aktual

10 Mart 2023, 11:49

Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, sənədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə qurumun nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb.

 

Səfər “Gürcüstan Meliorasiya” MMC-nin dəvəti ilə reallaşıb.

 

Qeyd edək ki, səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza