Modern.az

Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü

Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü

İdman

12 Aprel 2026, 21:29

Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Modern.az xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda imza atıb. Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib. Bu rekord türkiyəli Osman Gürcüyə məxsus idi (16.70 metr). N.Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.

(Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı