Modern.az

Antarktikada buz sahəsi rekord həddə AZALIB

Antarktikada buz sahəsi rekord həddə AZALIB

Aktual

11 Mart 2023, 09:33

Fevralın sonunda Antarktikada dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib ki, bu da qışın sonu üçün rekord aşağı göstərici olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəsmi nümayəndəsi Kler Nyullis deyib.

 

"Antarktidada dəniz buzunun hündürlüyü fevral ayında [hava və iqlim müşahidələri] müddəti ərzində ən aşağı səviyyəyə çatıb. BMT-nin ixtisaslaşmış qurumu olan ÜMT-nin məlumatına görə, fevralın sonuna “dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib ki, bu da 2022-ci ilin fevralında qeydə alınan rekord mövsümi minimumdan 93 min kvadrat kilometr azdır", - deyə K.Nyullis bildirib.

 

Arktikaya gəldikdə, fevral ayında dəniz buzu sahəsi bütün müşahidələr tarixində qış dövrünün sonunda qeydə alınan ikinci ən kiçik ərazi idi - 1,12 milyon kvadratmetrkilometr.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza