Modern.az

GDU-da Novruz bayramına həsr olunan tədbir keçirilib

GDU-da Novruz bayramına həsr olunan tədbir keçirilib

Aktual

15 Mart 2023, 14:18

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, universitetin prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək universitet rəhbərliyi adından Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, bayramın tarixi, ənənələri haqqında danışıb. Qeyd edib ki, bu bayram xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir.

 

Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov çıxışında  qeyd edib ki,  milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında  Novruz bayramının özünəməxsus yeri vardır.

 

Tədbirin bədii hissəsində  fakültənin tələbələri Nigar Məmmədova “Səməni” şeirini, Səkinə İbrahimova “Novruz gəlir, yaz gəlir”, Əfsanə Eyyubova “Sarı gəlin ” mahnılarını səsləndiriblər.

 

Fakülənin tələbələri Seyhun Rzayevin Kosa obrazının canlandırması, Tofiq Hüseynzadənin sazda ifası və Zibeydə Abdullayevanın rəqs etməsi tədbiri daha da rənarəng və maraqlı edib. Qədim adətləri özündə əks etdirən səhnəciyin nümayişi maraqla qarşılanıb.

Sizə yeni x var
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada