Modern.az

102 uşağın bioloji atası məhkəməyə verildi

102 uşağın bioloji atası məhkəməyə verildi

27 Mart 2023, 12:36

Niderlandda 102 uşağın bioloji atası məhkəməyə verilib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, donor vasitəsilə ana olan qadın dünya üzrə yüzlərlə uşağın bioloji atası olduğu müəyyən edilən niderlandlı sperma donorunu məhkəməyə verib.

 

Ölkədə fəaliyyət göstərən Uşaq Donor Fondu və analar 41 yaşlı Conatan adlı şəxsin artıq donorluq etməsini istəmirlər.

 

Niderland qanunları şəxslərə maksimum 12 qadına donorluq etməyə və maksimum 25 uşaq atası olmağa icazə verir. Lakin Niderlandın Haaqa şəhərində yaşayan Conatanın qanuni maneələrə baxmayaraq 102 uşağın bioloji atası olduğu müəyyən edilib.

 

Conatanın özü isə hazırda müxtəlif ölkələrdə doğulan 550 uşağın bioloji atası olduğunu iddia edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?