Modern.az

Azərbaycan və ABŞ arasında hərbi təhsil müzakirəsi - FOTO

Azərbaycan və ABŞ arasında hərbi təhsil müzakirəsi - FOTO

Aktual

14 Aprel 2023, 13:10

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Universitetlə tanışlıqdan sonra general-leytenant Ramiz Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T. Plen ilə görüşüb.

 

Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant Ramiz Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.

 

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Sonda xatirə fotosu çəkdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır