Modern.az

Sumqayıtda bir ailənin 5 üzvü qazdan ZƏHƏRLƏNDİ

Sumqayıtda bir ailənin 5 üzvü qazdan ZƏHƏRLƏNDİ

Hadisə

2 Aprel 2026, 12:26

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğlu (2019), Cəbrayılova Ayişə Kamil qızı (2021) və Cəbrayılova Gülcənnət Kamil qızı (2024) yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi